Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-26,
Seanews
Heyder Eliyev

AR Türkiyədə yeni neft-kimya kompleksi tikə

Bu ilin sentyabrında “Star” neft emalı zavodunda ilk məhsul istehsal olunacaq. Bunu “SOCAR Turkey Enerji A.Ş”-nin baş direktoru Zaur Qəhrəmanov deyib. “Seanews.az” Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Zaur Qəhrəmanov 2017-ci ilin SOCAR üçün uğurlu olduğunu, “Petkim”-in ötən il həm istehsal, həm də gəlir baxımından rekorda imza atdığını vurğulayıb: “Keçən il “Petkim”in mənfəəti  1,4 milyard türk lirəsinə çatıb. TANAP və Star-ın inşaası davam edir. 2018-ci ildə onların inşaası başa çatacaq və son 8 ildə davamlı yatırım etdiyimiz ən böyük layihələr istismara veriləcək.” Qəhrəmanov SOCAR-ın Türkiyədə planlaşdırdığı 19,5 milyard dollarlıq yatırımın artıq 12,6 milyard dollarının həyata keçirildiyini deyib. “Yatırımlarımızı Türkiyəyə inanaraq uzun müddətli strategiyayala gerçəkləşdiririk. Hazırda yeni yatırımlar üzərində işləyirik. Bu məsələdə dövlətin də dəstəyi var. 2019-cu ilin əvvəlində yeni yatırım edəcəyik, 2022-ci ilin sonunda isə yeni bir neft-kimya kompleksinin inşaasını başa çatdırmağı planlaşdırırıq.”- deyə, Zaur Qəhrəmanov əlavə edib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır