Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-22,
Seanews
Heyder Eliyev

kəməri ilə neft nəqli ar

Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanın magistral neft kəmərləri ilə 6,679 mln. ton neft nəql edilib. Nəqletmənin 81,7%-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib. Magistral neft kəmərləri ilə nəqletmədə 2,89% azalma qeydə alınıb. Cari ilin yanvar-fevral ayları ərzində BTC vasitəsilə 5 458,1 min ton neft ötürülüb. Bu isə ötən ilin müvafiq dövründən 0,69% çox olub. Dövr ərzində BTC kəməri ilə 1 010,8 min ton tranzit nefti də nəql edilib ki, bu həcm də ötən ilin müvafiq dövründən 1,2% çoxdur. Qeyd edək ki, BTC boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır. Boru kəmərinin gündəlik ötürmə qabiliyyəti 1,2 mln. bareldir. 1 768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyununda istismara verilib. Hazırda BTC boru kəməri, əsasən, Azərbaycandan AÇG nefti və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri, o cümlədən tranzit nefti nəql olunur. Report


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır