Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-28,
Seanews
Heyder Eliyev

Almaniya üzən mayeləşdirilmiş təbii qaz anbarları icarəyə götürəcək

Almaniya quruda terminallar tikməyə hazırlaşır, lakin hazırda o, mayeləşdirilmiş təbii qazın saxlanması üçün üzən anbarlar axtarır.

“Seanews.az” xəbər verir ki, Almaniyanın “EnBW Energie” enerji konserni ABŞ-dan mayeləşdirilmiş təbii qazın tədarükü üçün müqavilə imzaladığını bildirib. Bu əməliyyatda onun tərəfdaşı Amerikanın “Venture Global” şirkətidir.

Müqavilənin ilkin şərtlərində alman tərəfinin hər il Luiziana ştatındakı  Plaquemines terminalından 750 min tona qədər və eyni ştatda yerləşən CP2 terminalından daha 750 min tona qədər LNG alacağı nəzərdə tutulur. Müqavilə 20 il müddətinə nəzərdə tutulub və ona əsasən ilk tədarüklər 2026-cı ildə başlamalıdır.

Qeyd edək ki, bu terminalların hər ikisi tikilməlidir. Xüsusilə, Plaquemines obyekti üçün yekun investisiya qərarı yalnız bu il may ayının sonunda qəbul edilib, CP2 layihəsi isə hələ də tədqiq olunur.

Bu arada Almaniya Rusiya qazının tədarükünün azaldılması və hətta tamamilə dayandırılması risklərindən (həm Ukrayna, həm də “Şimal axını” boru kəməri vasitəsilə) ciddi narahatdır və LNG tankerlərinin qəbulu üçün sahil infrastrukturunun yaradılmasını sürətləndirmək səylərini gücləndirir.

Bu məqsədlə Almaniya hökuməti stasionar LNG terminallarının tikintisinə icazələrin verilməsi prosedurunu sadələşdirir, həmçinin yaxın gələcəkdə dörd xüsusi gəmi - üzən mayeləşdirilmiş təbii qaz anbarları icarəyə götürməyi planlaşdırır.  

Almaniya kansleri Olaf Şolsun sözlərinə görə, bu tipli ilk gəmi bir neçə ay ərzində Lubmin limanında (Meklenburq-Qərbi Pomeraniya) quraşdırıla bilər. 2022-ci ilin sonuna qədər bu gəmiyə maye qaz tədarükünə başlanacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır