Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-28,
Seanews
Heyder Eliyev

Türkiyə avqustda Aralıq dənizində qaz kəşfiyyatını bərpa edəcək

Türkiyənin “Əbdülhəmid Han” adlı yeni kəşfiyyat-qazma gəmisi avqustun birinci yarısında fəaliyyətə başlayacaq.

Bu barədə Türkiyənin energetika naziri Fatih Dönməz açıqlama verib.

Gəminin ilk fəaliyyət istiqaməti olaraq beş alternativ bölgə ətrafında müzakirələrin aparıldığını deyən nazir bu ərazinin böyük ehtimalla Aralıq dənizi ola biləcəyini bildirib.

Qeyd edək ki, ən son texnologiyalarla təchiz olunan və ikiqat təhlükəsizlik sistemi ilə qorunan “Əbdülhəmid Han” gəmisinin uzunluğu 238, eni isə 42 metrdir. Gəmi 12 200 metrə qədər dərinlikdə qazma qabiliyyəti ilə Türkiyənin su sahəsində effektiv tədqiqatların aparılmasında mühüm rol oynayacaq.

Gəminin göyərtəsində 200 nəfərə yaxın heyət üzvü üçün hər cür şərait var.

Fatih Dönməz daha əvvəl bildirib ki, Türkiyənin Aralıq dənizindəki müstəsna iqtisadi zonasında qaz hasil oluna və o, digər ölkələrlə, xüsusən də İsrail və Misirlə birgə Avropaya çatdırıla bilər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır