Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-28,
Seanews
Heyder Eliyev

Almaniyanın LNG tankerlərinə ehtiyacı var

Vilhelmshavendə 2023-cü ildə istismara verilməsi planlaşdırılan ilk LNG terminalının sürətli tikintisinə icazə alınsa da, ölkədə belə bir fikir var ki, Almaniya Federativ Respublikasının vitse-kansleri - İqtisadiyyat və İqlim Mühafizəsi naziri Robert Habekin Rusiya qazının LNG tədarükü ilə əvəz edilməsini həyata keçirmək çətin ola bilər.

“Seanews.az”-ın məlumatına görə, Bundestaqın deputatı Torsten Frei “Bild” qəzetinə müsahibəsində bildirib ki, R.Habekin Rusiya LNG qazını əvəz etmək planı iflasa uğrayıb. Plana görə, Rusiyanın mavi yanacağının qismən dəyişdirilməsi üçün dəniz nəqliyyatı ilə lazım olan LNG tədarükü 2023-cü ilin birinci yarısında 13 milyard kubmetr həcmində hesablanıb.  

Gəmi Sahibləri Assosiasiyasından Martin Kroegerin “Bild”-ə söylədikləri də maraqlıdır: "Almaniyanın ticarət donanmasında LNG-ni uzun məsafələrə daşıya bilən tankerlər yoxdur. “Dünyada 500-ə yaxın LNG tankeri mövcuddur, lakin dünyanın digər yerlərində də onlara tələbat böyükdür”.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır