Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-21,
Seanews
Heyder Eliyev

evi neft terminalından indiyədək 2200-dən çox tanker qəbul edib və yola sa

SOCAR-ın Gürcüstandakı aktivi olan Kulevi neft terminalından bu vaxtadək 24 milyon ton neft və qaz məhsulları yüklənib. 2008-ci ildə fəaliyyətə başlayan Kulevi neft terminalından indiyədək 24 milyon ton neft və qaz məhsulları yüklənib. Yüklənən məhsulların 42 faizi qazoyl və kerosin, 35 faiz yanacaq, 17 faizi xam neft və 6 faizi isə LPG, benzin, nafta, piroliz və izopropil spirti kimi yeni məhsullar olub. Terminal ilkin mərhələdə xam neft, yanacaq və qazoylun yüklənməsi üçün nəzərdə tutulub. Lakin sonralar terminalda genişləndirmə işləri aparılıb və yeni məhsulların yüklənməsi üçün texniki imkanlar artırılıb. Qeyd edək ki, Kulevi terminalı 10 illik fəaliyyəti dövründə 2 min 200-dən çox tanker qəbul edib və yola salıb. Kulevinin gücü ildə 10 milyon ton təşkil edir. Kulevi terminalı və limanı 2008-ci ilin mayında istismara verilib. Bir ay sonra limana ilk tanker yan alıb. Ötən 10 ildə limanın tutumu artırılıb. Həmçinin də qəbuletmə, yükləmə və yolasalma əməliyyatlarının payı artıb. Liman ilboyu fasiləsiz fəaliyyət göstərir. Terminalın anbar parkının ümumi tutumu 320 min kubmetrdir. Tbilisi-Poti mərkəzi dəmir yolu magistralı ilə Kulevini birləşdirən 14 kilometr uzunluğunda yeni dəmir yolu mövcuddur. Terminalın infrastrukturu müntəzəm olaraq müasirləşdirilir. Azərtac


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır