Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-27,
Seanews
Heyder Eliyev

Günəşli” yatağında daha bir quyunun tikintisi yekunla

SOCAR AQŞ “Günəşli” yatağındakı 7 nömrəli stasionar dəniz özülündə daha bir quyunun tikintisini başa çatdırıb. Müəssisədən bildirilib ki, SOCAR AQŞ 7 nömrəli stasionar dəniz özülündən faktiki dərinliyi 2790 metr olan 325 saylı quyunun tikintisi işlərini təhlükəsiz, vaxtından əvvəl və ətraf mühitə heç bir ziyan vurmadan yekunlaşdırıb. Quyunun sifarişçisi SOCAR-ın “Azneft” İstehsalat Birliyidir. SOCAR AQŞ hazırda dayaz sulu “Günəşli” yatağında yerləşən 7 və 11 nömrəli, “Qərbi Abşeron” yatağının 10 nömrəli, “Ümid” yatağının 1 nömrəli və “Bulla” yatağında 6 nömrəli dəniz stasionar özüllərində (DSÖ) qazma işləri aparır. SOCAR AQŞ-nin səhmdarları SOCAR və “Nobel Oil Services” şirkətləridir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır