Dənizçilər arasında keçirilən mini-futbol turnirinin yarımfinal mərhələsi başlayır
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) yaradılmasının 9 illiyinə həsr olunmuş mini-futbol turniri davam edir.
Bu gün turnirin yarımfinal mərhələsinin oyunlarına start veriləcək. Saat 15:00-da “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodu ilə “Səbail” Futbol Klubu, saat 16:00-da isə “Bibiheybət” Gəmi Təmiri Zavodu ilə Azərbaycan Dövlət Dəniz Akademiyası qarşılaşacaq.
Hər iki oyun “Bibiheybət” Gəmi Təmiri Zavodunun idman meydançasında baş tutacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır