Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-02,
Seanews
Heyder Eliyev

Filippində qatı şərbət daşıyan tankerdə yanğın baş verib, iki ekipaj üzvü xəsarət alıb

Filippinin Manila şəhərinin cənubundakı Kalaka limanında şəkər istehsalında istifadə olunan qatı şərbət daşıyan “Gindara” tankerində yanğın baş verib. Hadisə zamanı gəmi “Balayan Distillery” zavodunun yanındakı körpüdə olub.

“Seanews.az” xəbər verir ki, Filippin Sahil Mühafizəsinin məlumatına görə, yanğının gəminin mühərrik şöbəsində başladığı ehtimal olunur. Alov daha sonra yaşayış blokuna və gəminin körpüsünə yayılıb.

Yanğın zamanı gəmidə 22 ekipaj üzvü olub. Onlardan 20-si təhlükəsiz şəkildə təxliyə edilib, iki nəfər isə xəsarət aldığı üçün xəstəxanaya çatdırılıb.

Hadisə yerinə Filippin Sahil Mühafizəsinin “BRP Malapascua” çoxməqsədli xilasetmə gəmisi göndərilib. Sahil Mühafizəsi oktyabrın 2-də gün ərzində gəminin körpüsü və üst tikililərində açıq alovun görünmədiyini, lakin tüstünün davam etdiyini bildirib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır