Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-01,
Seanews
Heyder Eliyev

Rusiya limanlarına gedən 150 gəmi Finlandiya körfəzində növbədə qalıb

Finlandiya körfəzində Rusiyanın Ust-Luqa, Primorsk və Sankt-Peterburq limanlarına gedən təxminən 150 gəmi toplanıb. Gəmilərdən bəzilərinin yaratdığı növbənin uzunluğu 50 kilometrə çatıb.

“Seanews.az” bu barədə xarici mediaya istinadla xəbər verir.  

Yaranmış sıxlığın Rusiyanın Ukraynanın pilotsuz uçuş aparatları və raket hücumları səbəbindən yüklərin daşınmasını Qara dənizdən Baltik dənizinə yönəltməsi ilə əlaqəli olduğu bildirilir.

Məlumata görə, növbədə olan gəmilərdən 65-i neft tankerləri, qalanları isə yük gəmiləridir. Rusiya limanları qarşısında da uzun növbələrin yarandığı, Ust-Luqa limanında gəmilərin gözləmə müddətinin 5 günə çatdığı bildirilir.

Finlandiya Körfəzi Sahil Mühafizəsi vəziyyətin bir neçə həftə ərzində normallaşa biləcəyini və hazırda əlavə müdaxiləyə ehtiyac olmadığını açıqlayıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır