Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-01,
Seanews
Heyder Eliyev

Somali quldurları tankerdə 5 dənizçini öldürüblər

Somalidə quldurların ələ keçirdiyi neft məhsulları tankerinin ekipajını xilas etmək üçün keçirilən əməliyyat zamanı 5 dənizçi öldürülüb.

“Seanews.az” xəbər verir ki, hadisə apreldə silahlı şəxslər tərəfindən ələ keçirilən Palau bayraqlı “MT Honour” 25 tankerinin ekipajının azad edilməsi əməliyyatı zamanı baş verib. Gəmidəki 17 ekipaj üzvündən 5-i quldurlar tərəfindən güllələnib. Ölənlərdən 3-ü Pakistan, 1-i Myanma, 1-i isə Hindistan vətəndaşıdır.

Somalinin Puntland yarımmuxtar əyalətinin hakimiyyət orqanları bildiriblər ki, əməliyyat nəticəsində tanker azad edilib və 16 quldur saxlanılıb.

Qeyd olunur ki, bu ölümlər Somali sahillərində piratçılıq nəticəsində son 10 ildən artıq müddətdə qeydə alınan ilk dənizçi itkiləridir.

Bundan əvvəl keçirilən əməliyyatlar nəticəsində isə 2 tanker, “Sibu 1” və “MT Eureka” quldurlardan azad edilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır