Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-01,
Seanews
Heyder Eliyev

Hörmüz boğazında iki gündə 4 gəmi hücumu barədə məlumat yayılıb

Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) 28 və 29 sentyabrda Hörmüz boğazında baş verən 4 hücumla bağlı məlumat yayıb.

“Seanews.az” bu barədə xarici mediaya istinadla xəbər verir.

Məlumata görə, sentyabrın 28-də bir gəmi naməlum mərmi ilə vurulub və göyərtəsində yanğın baş verib. Yanğın söndürülüb, ekipajın təhlükəsiz olduğu bildirilib. Beynəlxalq Dəniz Təşkilatının (IMO) təsdiqlənmiş hücumlar siyahısında hadisənin Küveyt Neft Tankerləri Şirkətinə məxsus “Al Funtas” VLCC tankerinə qarşı törədildiyi və gəminin zədələndiyi qeyd olunur.

Sentyabrın 29-da isə üç tanker naməlum mərmilərlə vurulub. Onlardan “Mersin Prosperity” və “Al Ruwais” tankerlərinin ADNOC tərəfindən idarə olunduğu, Liberiya bayraqlı “Sinbad” tankerini isə “Anglo-Eastern”nin istismar etdiyi bildirilir. Gəmilərin aldığı zərərin miqyası hələ məlum deyil.

Qeyd olunur ki, UKMTO-nun hadisələrlə bağlı məlumatları gecikmiş şəkildə yayması qeyri-adi haldır. Bu məlumatlar İranın 25–26 sentyabrda 19 gəmiyə hücum etdiyini açıqlamasından sonra yayımlanıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır