Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-01,
Seanews
Heyder Eliyev

Tarixi gəminin qalıqlarından dirəklər çıxarılır

Qlobal dəniz xidmətləri şirkəti “Resolve Marine” İkinci Dünya müharibəsi dövründə batan “SS Richard Montgomery” gəmisinin qalıqlarından dirəklərin çıxarılması üzrə işlərin başladığını göstərən fotolar yayıb.

“Seanews.az” xəbər verir ki, 1944-cü ilin avqustunda Temza estuarında batan gəmi müttəfiq qüvvələrə məxsus döyüş sursatı daşıyıb. Gəminin qalıqlarında hazırda təxminən 1400 ton sursatın olduğu bildirilir. Gəmi Londonun təxminən 80 kilometr şərqində, fırtına zamanı batıb.

Britaniya Nəqliyyat Departamenti altı illik planlaşdırma və mütəmadi monitorinqdən sonra 2026-cı ilin aprelində dirəklərin çıxarılması işlərini “Resolve Marine” şirkətinə həvalə edib. Buna səbəb gəminin qalıqları çürüdükcə üç polad dirəyin dayanıqlığının zəifləməsi və onların yıxılaraq əlavə təhlükə yarada biləcəyi ilə bağlı narahatlıqlar olub.

Mütəxəssislər və dalğıclar xüsusi təhlükəsizlik tədbirləri çərçivəsində gəminin üç polad dirəyini kəsərək çıxarırlar. Əməliyyatın əsas məqsədi gəminin qalıqlarının sabitliyini, heyətin, ətraf ərazidə yaşayan insanların və dəniz nəqliyyatının təhlükəsizliyini təmin etməkdir.

Britaniya hökuməti dirəklərin təhlükəsiz şəkildə çıxarılmasından sonra onların nümayiş etdiriləcəyini bildirib. 

 

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır