ADDA-da ixtisas fənləri üzrə fəlsəfə doktoru imtahanları keçiriləcək
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) 2022-ci ilin dekabrında ixtisas fənləri üzrə fəlsəfə doktoru imtahanlarının keçirilməsi planlaşdırılır.
İmtahanda iştirak üçün 11 noyabr 2022-ci il tarixinədək ərizələrin qəbulu elan edilir.
İddiaçı şəxsiyyətini təsdiq edən sənədin surəti əlavə olunmaqla ərizə ilə ADDA-ya müraciət etməlidir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır