Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-18,
Seanews
Heyder Eliyev

Aleksandrupolis limanının özəlləşdirilməsi ilə bağlı tender ləğv edilib

Yunanıstanın Aleksandrupolis limanının özəlləşdirilməsi üzrə tender geostrateji əhəmiyyətinin artması səbəbindən ləğv ediləcək.

“Seanews.az”-in məlumatına görə, müvafiq bəyanatla 2022-ci il noyabrın 7-də ölkə hökuməti çıxış edib.

Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis hesab edir ki, ölkənin şimalında Türkiyə ilə sərhədə yaxın ərazidə yerləşən liman çox qiymətli bir aktiv kimi dövlət mülkiyyətində qalacaq. “Hökumət qərara gəlib ki, hazırkı şəraitdə Aleksandrupolis ölkəmiz üçün o qədər böyük strateji, geosiyasi və enerji əhəmiyyətinə malikdir ki, o, Yunanıstan cəmiyyətinin yurisdiksiyasında qalmalıdır”, -  Baş nazir “ANT1” televiziyasına müsahibəsində deyib.

Kiriakos Mitsotakis həmçinin bildirib ki, “Exxon Mobil” beynəlxalq enerji şirkəti Peloponnes yarımadasının cənub-qərbində və Krit adasında qaz kəşfiyyatı layihəsinə başlayacaq.

Yunanıstanın şimalında, Bolqarıstan və Türkiyə ilə sərhədlərin yaxınlığında yerləşən, üzən LNG saxlama, emal və boşaltma sistemi (FSRU) və qaz boru kəməri ilə Alexandroupolis Mərkəzi Avropa üçün enerji mərkəzi olmaq potensialına malikdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır