Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-16,
Seanews
Heyder Eliyev

Bosfor boğazında gəmilərin hərəkəti dayandırılıb

Bosfor boğazı vasitəsilə gəmilərin hərəkəti müvəqqəti dayandırılıb.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin Sahil Mühafizəsi Xidməti məlumat yayıb.

“Yerli vaxtla saat 06:20-də ( Bakı vaxtı ilə 07:20) qatı duman səbəbindən boğazda hər iki istiqamətdə gəmilərin hərəkəti müvəqqəti dayandırılıb. Hava şəraiti yaxşılaşdıqdan sonra hərəkət bərpa olunacaq", - məlumatda deyilir.

Meteoroloqlar daha əvvəl yanvarın 1-dən 6-dək Mərmərə dənizi, Bosfor və Dardanel boğazlarında güclü duman olacağı barədə xəbərdarlıq etmişdilər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır