Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

ASCO-da “Dünyaya sağlam baxaq” devizi altında göz müayinəsi aksiyası keçiriləcək

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyi münasibətilə göz müayinəsi aksiyası keçiriləcək.

“Dünyaya sağlam baxaq” devizi altında təşkil olunan profilaktiki tibbi aksiya ASCO-nun bütün struktur idarə və təşkilatlarını əhatə edəcək.

İlk müayinə günü 4 aprel 2023-cü il tarixində Dəniz Nəqliyyatı Donanmasında baş tutacaq. Oftalmoloq-həkimlər 6 apreldə Xəzər Dəniz Neft Donanmasında, 11 apreldə “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda, 13 apreldə “Bibiheybət” Gəmi Təmiri Zavodunda, 17 apreldə ASCO-nun aparatında, 19 apreldə Azərbaycan Dövlət Dəniz Akademiyasında olacaqlar. ASCO-nun tərkibində fəaliyyət göstərən digər strukturlarda çalışan əməkdaşlar isə qeyd olunan tarixlərdə özlərinə yaxın ərazidə yerləşən idarəyə yaxınlaşmaqla müayinədən keçə biləcəklər.

Tədbirin məqsədi ASCO-da çalışan əməkdaşların gözləri ilə bağlı problemləri aşkarlamaq və onların aradan qaldırılmasına çalışmaqdan ibarətdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır