Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-07-07,
Seanews
Heyder Eliyev

“Gəmiçilik, gənc ixtiraçılar və innovasiya” müsabiqəsinə təqdim olunan layihələr qiymətləndirilib - FOTOLAR+VİDEO

ASCO-nun təşkilatçılığı ilə “AzeRobot Education” Robototexnika Tədris Mərkəzinin üzvləri arasında elan olunan “Gəmiçilik, gənc ixtiraçılar və innovasiya” müsabiqəsinə təqdim olunmuş layihələrin qiymətləndirilməsi aparılıb.

Müsabiqəyə ümumilikldə 34 layihə təqdim olunub. Onların qiymətləndirilməsini isə ASCO və “AzeRobot Education”-nun nümayəndələrindən ibarət 13 nəfərlik münsif heyəti həyata keçirib.

Nəticələr sentyabrda - yeni tədris mövsümündə açıqlanacaq və qaliblər mükafatlandırılacaqlar.

Qeyd edək ki, “Gəmiçilik, gənc ixtiraçılar və innovasiya” müsabiqəsinin əsas məqsədi Prezident İlham Əliyev tərəfindən elan olunan “Yaşıl Dünya naminə həmrəylik ili”nə töhfə vermək, eləcə də gənc ixtiraçılara dəstək göstərmək, onların layihələrinin gəmiçilik sahəsində tətbiqi imkanlarını qiymətləndirmək və reallaşmasına imkan yaratmaq, gənclər arasında innovativ texnologiyalar, süni intellekt texnologiyaları, mühəndislik və elektro-robototexnika sahəsini təbliğ etməkdən ibarətdir.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır