Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-21,
Seanews
Heyder Eliyev

İstanbul boğazında gəmilərin hərəkəti müvəqqəti dayandırılıb

Türkiyənin İstanbul boğazında (Bosfor boğazı) sıx duman səbəbindən gəmilərin hərəkəti hər iki istiqamətdə müvəqqəti olaraq dayandırılıb.

Trend xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi məlumat yayıb.

“İstanbul boğazında məhdud görünüş səbəbindən gəmi hərəkəti hər iki istiqamətdə müvəqqəti olaraq dayandırılıb”, - məlumatda deyilir.

Bildirilir ki, şəhər daxilindəki bərə reyslərində də gecikmələr və ləğvlər müşahidə olunur.

Qeyd edilib ki, hava şəraiti yaxşılaşdıqdan sonra gəmi hərəkəti yenidən bərpa ediləcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır