Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-02-05,
Seanews
Heyder Eliyev

Gürcüstanda “Orta dəhliz” çərçivəsində nəqliyyat-logistika konfransı olacaq

Gələn ay "Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu" (“Orta dəhliz”) Beynəlxalq Assosiasiyası Niderlandın “APM Terminals” şirkəti ilə birgə Gürcüstanda "Qara dəniz limanları və logistika 2025" adlı konfrans təşkil edəcək.

Bu barədə “Ordu.az” assosiasiyaya istinadən xəbər verir.

11-13 mart tarixlərində keçiriləcək konfransda 30 dünya səviyyəli spiker nəqliyyat və logistika mövzularında çıxışlar edəcək, həm qlobal, həm də regional ticarət və investisiyalarla bağlı aktual problemləri və çağırışları nəzərdən keçirəcəklər.

Tədbirdə “Orta dəhliz” ölkələrindən 300-dən çox yüksək vəzifəli hökumət rəsmisi, yük göndərənlər, yük sahibləri, idxalçılar/ixracatçılar, logistika şirkətləri, limanlar, terminal operatorları, dəmir yolu operatorları, xidmət təchizatçıları və s. iştirak edəcək.

“Orta dəhliz” Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən keçərək Avropaya qədər uzanır. “Bakı-Tbilisi-Qars” dəmir yolu xətti dəhlizin bir hissəsidir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır