Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-04-16,
Seanews
Heyder Eliyev

ADDA kafedra müdiri vəzifəsi üçün vakansiya elan edib

ASCO-nun Azərbaycan Dövlət Dəniz Akademiyası (ADDA) “Tətbiqi mexanika” kafedrasının müdiri vəzifəsinin tutulması üçün müsabiqə elan edib. 

Kafedranın profilinə uyğun peşə-ixtisas hazırlığı, elmi ad və dərəcə, ən azı 5 il elmi-pedaqoji təcrübə tələb olunur.

Tələb olunan sənədlər:

1.  Kadrlar uçotunun şəxsi vərəqəsi;

2. Tərcümeyi-hal;

3. Ali təhsil, elmi dərəcə və elmi ad haqqında sənədlərin surətləri;

4. Elmi və elmi-metodiki işlərin siyahısı;

5. Kafedra müdirinin müvafiq struktur bölmənin inkişafı ilə bağlı platforması.

Sənədlər mövcud əsasnaməyə müvafiq olaraq rektorun adına yazılmış ərizə ilə birlikdə Bakı şəhəri, Zərifə Əliyeva küçəsi, 18. ünvanına təqdim edilməlidir. Əlaqə telefonu: 404 37 00 (daxili 3220)

Sənədlər 12 may 2025-ci il tarixinədək qəbul edilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır