Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-05-14,
Seanews
Heyder Eliyev

Süveyş Kanalı Administrasiyası xalis tonajı 130 000 tondan çox olan konteyner gəmilərinə 15% endirim edir

Süveyş Kanalı Administrasiyası xalis tonajı 130 000 tondan çox olan, tam yüklü və ya boş olmasından asılı olmayaraq Süveyş kanalından hər iki istiqamətdə tranzit keçən konteyner gəmilərindən alınan rüsumlara 15% endirim elan edib.

“Seanews.az” xəbər verir ki, bu barədə İsveçin “GAC” qrupunun press-relizində deyilir.

Süveyş Kanalı Administrasiyasının 3/2025 saylı sirkulyarına əsasən, endirim heç bir xüsusi sorğu və ya sənəd təqdim etmədən birbaşa tranzit zamanı təmin ediləcək.

Endirimin 2025-ci il mayın 15-dən və 90 gün müddətinə Süveyş kanalından tranzit keçən konteyner gəmilərinə şamil olunduğu vurğulanır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır