ASCO iki yeni açıq müsabiqə elan edib
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti Polad burazın satınalınması məqsədilə müsabiqə elan edir.
Müsabiqədə iştirak etmək istəyən şəxslər www.asco.az səhifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumat əldə edə bilərlər. Müraciət üçün son müddət 2021-ci il aprelin 2-si saat 18:00-dəkdir. Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
Sənədlər Azərbaycan dilində,2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).
Ünvan: Bakı, Neftçilər prospekti 2
Əlaqə telefonu: (012) 404-37-00, daxili: 1132
________________________
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin balansında olan gəmilər üçün tələb olunan müxtəlif sənaye və sürtgü yağları satınalınması məqsədi ilə açıq müsabiqə elan edir.
Müsabiqədə iştirak etmək istəyən şəxslər www.asco.az səhifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumat əldə edə bilərlər. Müraciət üçün son müddət 2021-ci il Aprelin 01-i saat 17:00-dəkdir. östərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).
Ünvan: Bakı, Neftçilər prospekti 2, Əlaqə telefonu: (012) 404-37-00, daxili: 1263.