Dənizçilər arasında futbol yarışı keçiriləcək
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (ASCO) və ASCO-ya daxil olan strukturların aparat işçiləri arasında futbol turnirinin keçirilməsi nəzərdə tutulur.
Yarışa 5 oktyabr tarixindən başlanacaq.
Turnirdə iştirak etmək istəyən sturuktur idarələr ASCO-nun Sosial inkişaf və nəqliyyat şöbəsinə müraciət edə bilərlər.
Qalib komanda diplom, kubok və medallarla təltif ediləcək.
Qeyd edək ki,ASCO-da belə yarışlar mütəmadi olaraq təşkil edilir. Məqsəd dənizçilərin asudə vaxtını səmərəli təşkil etmək, onların fiziki sağlamlığını möhkəmləndirmək, idmana maraqlarını daha da artırmaqdan ibarətdir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır