Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2022-11-30,
Seanews
Heyder Eliyev

Yeni risk zonası: Azov dənizi, Qara dəniz və Ukraynanın bütün limanları

Beynəlxalq Danışıqlar Forumunun (IBF) risk sahələrinin siyahısına üç döyüş zonası əlavə edilib.

“Seanews.az” xəbər verir ki, IBF və ITF standartının kollektiv müqavilələrinə qəbul edilmiş dəyişikliklərə əsasən, yeni döyüş zonaları aşağıdakılardır:

• Azov dənizi - 46° şimal eninin şimalı;

• Qara dənizin şimal bölgəsi;

• Ukraynanın bütün dəniz limanları.

Dəyişikliklər 2022-ci il martın 1-dən qüvvəyə minib.

Təcrübədə, dənizçilər üçün IBF siyahısından riskli ərazilərdə işləmək müəyyən üstünlüklərdən istifadə deməkdir:

-ölüm və əlillik halında kompensasiyanın ikiqat artırılması;

-şirkət hesabına sonradan ölkəsinə qaytarılmaqla və iki aylıq baza tarifi məbləğində kompensasiya ödənilməklə təhlükəli ərazidə üzməkdən imtina etmək hüququ.

Bu ərazilərdə işləyərkən Beynəlxalq Danışıqlar Forumu gəminin təhlükəsizlik səviyyəsini ISPS 3-ə təyin etməyi tövsiyə edir.

IBF risk sahələrinin siyahısı gəminin göyərtəsində saxlanmalı və istənilən vaxt heyət üzvləri üçün əlçatan olmalıdır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır