Dumanlı hava şəraiti səbəbindən Bosfor boğazında gəmilərin keçidi müvəqqəti dayandırılıb
Aprelin 5-i axşam saatlarından etibarən İstanbulda müşahidə edilən dumanlı hava şəraiti səbəbindən Bosfor boğazında gəmilərin keçidi müvəqqəti dayandırılıb.
AZƏRTAC xəbər verir ki, hazırda şəhərdə qatı duman müşahidə edilir. Görüş məsafəsinin azalması səbəbindən şəhərdaxili vapur səfərlərində də gecikmələr var. Bəzi səfərlər isə təxirə salınıb. Bosfor boğazından gəmilərin keçidi müvəqqəti dayandırılıb.
Hidrometeoroloqların proqnozlarına əsasən, şəhərdə dumanlı hava şəraitinin iki gün davam etməsi gözlənilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır