ADDA təkrar ali təhsil üçün qəbul elan edir
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyası (ADDA) 2022/2023-cü tədris ilində aşağıdakı ixtisaslar üzrə qiyabi formada ödənişli əsaslarla təkrar ali təhsil almaq üçün sənəd qəbulu elan edir:
• 050605 – Dəniz naviqasiyası mühəndisliyi
• 050609 – Gəmi energetik qurğularının istismarı mühəndisliyi
• 050610 – Gəmiqayırma və gəmi təmiri mühəndisliyi
• 050607 – Elektrik və elektronika mühəndisliyi
Sənədlərin qəbulu 10 may 2022-ci ildən 01 avqust 2022-ci ilədək aparılacaq.
Təkrar ali təhsil almaq istəyənlər aşağıdakı sənədləri elektron formada təqdim etməlidirlər:
- Rektorun adına ərizə (təhsil almaq istəyən tərəfindən imzalanmış)
- Ali təhsil haqqında sənədin (diplomun və diploma əlavənin) notarial qaydada təsdiqlənmiş surəti
- İş yerindən arayış
- 3x4 ölçüdə 6 ədəd fotoşəkil
- Şəxsiyyət vəsiqəsinin surəti
- Yaşayış yerindən arayış
Təkrar ali təhsilə sənəd qəbulu yalnız elektron qaydada həyata keçirilir. Qeyd edilən ixtisaslara qəbul olmaq istəyənlər lazımi sənədlərin skan versiyasını [email protected] ünvanına göndərir və müvafiq tələblərə cavab verdikləri halda təkrar ali təhsil almaq hüququ qazanırlar.
İllik təhsil haqqı 3800 AZN
Tələbələr təhsil aldıqları müddətdə nəzəri diplomla yanaşı, işçi diplom, dənizçinin qeyd kitabçası, dənizçinin şəxsiyyət sənədi və müvafiq sertifikatlarla təmin olunurlar.
Qeyd: 1993-cü ildən sonra xarici ölkələrdə ali təhsil almış şəxslər yalnız diplomları mövcud qaydada Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən tanındıqdan sonra Akademiyada təkrar ali təhsil ala bilərlər.
Rektorun adına ərizə forması aşağıdakı linkdən yükləyə bilərsiniz
http://adda.edu.az/az/announce/381