"Suraxanı" gəmi muzeyi "Bilik Günü" ilə əlaqədar şagird və tələbələr üçün bilet qiymətlərinə 50% güzəşt edir
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi"QSC-nin (ASCO) "Suraxanı" gəmi muzeyi "Bilik Günü" ilə əlaqədar şagirdlər və tələbələr üçün bilet qiymətlərinə 50% güzəşt edir.
15-30 sentyabr tarixləri arasında şagirdlər və tələbələr 2 AZN deyil, 1 AZN ödəməklə muzeyi ziyarət edə bilərlər.
Qeyd edək ki, Dənizkənarı Milli Parkda yerləşən dünyanın ilk tanker muzeyi həftənin 5 günü (bazar ertəsi və çərşənbə axşamı istisna) saat 10:00-dan 19:00-dək ziyarətçilərin xidmətindədir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır