Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2022-12-03,
Seanews
Heyder Eliyev

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin yaradılmasının 9, ASCO brendinin təqdimatının 4 ili tamam olur - VİDEO

22 oktyabr “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin yaradılmasından 9, ASCO brendinin təqdimatından isə 4 il ötür. Bu il həm də “Şuşa ili” olduğundan “Suraxanı” gəmi-muzeyimizdə Azərbaycanın mədəniyyət paytaxtının dahi yetirməsi Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasından “Qızlar xoru”-nun “Bu gələn yara bənzər” kompozisiyasının ifası ilə bizim üçün əlamətdar günü qeyd etmək qərarı verdik.

Layihənin baş tutmasında bizə dəstək olan Mələk Vəlizadənin bədii rəhbərlik etdiyi Üzeyir Hacıbəyli adına “Nur” uşaq xoruna, xanəndə Tofiq Həmidov, pianoçu Aytən Rzayeva və violonçel ustası Aydan Rüstəmzadəyə təşəkkürümüzü bildiririk.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır