Gəmiçiliyə həsr olunan 43 illik şərəfli yol və tükənməyən öyrənmək həvəsi - VİDEO
ASCO-nun Texniki şöbəsinin rəisi Sənan Səlimov bu gün 60 illik yubileyini qeyd edir.
1966-cı ildə İsmayıllı rayonunda dünyaya göz açan Sənan Səlimovun ömrünün 43 ili gəmiçilik sahəsi ilə bağlıdır. 1983-cü ildə Gəmi Təmiri Zavodunda əmək faliyyətinə başlayan mütəxəssis bu sahə üzrə ali təhsil də alaraq bütün bilik və bacarığını Azərbaycan dənizçiliyinin inkişafına yönəldib.
O, gəmi tikintisi sahəsində bir çox işdə, həmçinin “Şah Dəniz 1” və “Şah Dəniz 2” kimi iri layihələrdə çalışıb.
Peşəkar mütəxəssis bu gün də zəngin təcrübəsi, enerjisi və məsuliyyəti ilə ölkəmizin gəmiçilik sektoruna fayda verməkdə davam edir.
Yubilyarı təbrik edir, yeni uğurlu layihələrə imza atmasını arzu edirik!
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

