Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-16,
Seanews
Heyder Eliyev

ASCO əməkdaşlarının təşəbbüsü ilə Gədəbəydə uşaqlar üçün tədbir keçirilib - VİDEO

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Korporativ Sosial Məsuliyyət strategiyası çərçivəsində Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Gədəbəy rayonunun Şınıx kənd məktəbində tədbir keçirilib.

Tədbir Gədəbəy rayonunun Çay Rəsullu, Göyəlli və Şınıx kənd məktəblərinin 1–4-cü siniflərində təhsil alan 70-dək uşağın iştirakı ilə baş tutub.

Layihə çərçivəsində müxtəlif interaktiv oyunlar, peşəkar animatorların iştirakı ilə əyləncəli proqramlar və yaradıcı boyama master klassı təşkil edilib.

Tədbirdə iştirak edən ASCO nümayəndələri görüşün sonunda şagirdlərə dənizçilər adından xüsusi hədiyyələr təqdim edərək, onları bayram münasibətilə təbrik ediblər.

“Güvən” Xeyriyyə İctimai Birliyinin dəstəyi ilə baş tutan tədbirin əsas məqsədi ucqar dağ kəndlərində yaşayan uşaqların sosial-mədəni inkişafına, onların asudə vaxtının səmərəli və maraqlı təşkilinə dəstək olmaqdır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır