Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-21,
Seanews
Heyder Eliyev

köpək balığı 23 qat olimpiya çempionuna qalib gəlib – V

Üzgüçülük üzrə 23 qat olimpiya çempionu Maykl Felps ağ köpək balığına uduzub. “Discovery” telekanalının təşkil etdiyi yarış Cənubi Afrika Respublikasının Keyptaun şəhərində açıq suda baş tutub. Köpək balığı ilə M.Felps fərdi şəkildə üzüblər. Lakin kompüter qrafikasının köməyi ilə onların yanaşı yarışdığı görüntüsü təqdim olunub. Dəniz canavarı finişdə qoyulan qida istiqamətində üzüb və nəticədə 100 metrlik məsafəni 36,1 saniyəyə qət edib. Olimpiya çempionu isə ondan 2 saniyə geri qalıb. Qeyd edək ki, Maykl Felps 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarından sonra karyerasını başa vurub. O, “Su idman növlərinin əfsanəsi. Bütün dövrlərin ən dahisi” mükafatına layiq görülüb.  Report


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır