Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-23,
Seanews
Heyder Eliyev

bərdarlıq və toplanış üzrə təlim keçir

Dəniz Nəqliyyat Donanmasında  2017- ci il üçün Mülki Müdafiə tədbirləri planına əsasən  «Fövqəladə hadisələrin  nəticələrinin aradan qaldırılması zamanı Mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin və xəbərdarlıq toplanışının təşkili» mövzusunda Rəhbər Heyətin  MM məşqi və MM qüvvələrinin xəbərdarlıq və toplanışı üzrə təlimi keçirilib. Məşqin əsas məqsədi MM qüvvələrinin xəbərdarlıq və toplanış üzrə normativlərinin yoxlanılması, qəza və dağıntıların aradan qaldırılmasında təşkilatçılığın və operativliyin artırılması, fövqəladə hallar komissiyasının və idarəetmə orqanlarının fövqəladə hadisələrin nəticələrindən işçilərin mühafizəsi üzrə vərdişlərinin və fəaliyyətlərinin təkmilləşdirilməsi, fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması işlərinin təşkili və keçirilməsi üzrə rəhbər heyətə, fövqəladə hallar komissiyasına, idarəetmə orqanlarına təcrübələrini artırmaq imkanlarının yaradılması idi.   Rəhbər Heyətin MM məşqi və MM qüvvələrinin xəbərdarlıq və toplanışı üzrə təlimə obyektin rəhbər heyəti, fövqəladə hallar komissiyası, mülki müdafiə qərargahı, mülki müdafiə qüvvələrinin komandir – rəis heyəti və mülki müdafiə qüvvələrinin şəxsi heyəti cəlb edilib. MM qüvvələrinin komandir-rəis heyəti daxil olan şərti siqnallara əsasən, fəaliyyət üzrə düzgün qərarlar qəbul edərək qısa müddət ərzində öz vəzifələrini təlimata uyğun olaraq  yerinə yetiriblər. Təlim iştirakçıların qərar qəbul etmək bacarığının təkmilləşdirilməsi, MM qüvvələrinin hazır vəziyyətə gətirilməsi, qüvvələrin qəza ocaqlarına göndərilməsi, ardıcıllığın müəyyən edilməsi, qəza xilasetmə işlərinin təşkil edilməsi və yerinə yetirilməsi yollarının öyrədilməsi baxımından da faydalı olub.    


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır