Gəmiçilik şirkəti Valensiya və Bilbaodakı terminallarda pay alır
“CMA CGM” gəmiçiliş şirkəti “TPIH Iberia, S.L.U.” şirkətindən “COSCO Shipping Ports (Spain) Holding, S.L.”-nin (“CSP”) Valensiya limanındakı “CSP Iberian Valencia Terminal”ında 49% və Bilbaodakı “CSP Iberian Bilbao Terminal”ında 38% səhmlərini alır.
“SeaNews”-ın məlumatına görə, müqavilə tənzimləyici tərəfindən təsdiqlənməlidir.
“CSP Iberian Bilbao” İspaniyanın ən böyük logistika mərkəzidir. Onun ötürmə qabiliyyəti 950 min TEU, sahəsi 43 hektar, körpülərinin uzunluğu 1,1 km-dən artıq, körpü divarındakı dərinlik 21 metrdir.Terminal 7 STS yanalma körpüsü yükləyicisi, 19 RTG kranı və iki RMG ilə təchiz olunub. . "Bu, İspaniyanın şimalında əsas terminaldır və Pireney yarımadasının limanları ilə Fransanın cənub-qərbi arasında qısa dəniz xidmətləri üçün ən uyğundur",- deyə “CMA CGM”-da bildiriblər.
“CSP Valencia” İspaniyanın ən böyük konteyner terminallarından biri və Aralıq dənizi regionunda strateji mərkəzdir. Terminalın gücü 3,5 milyon TEU, ərazisi 145 hektar, körpünün uzunluğu 2,3 km, dərinliyi 15,5 metrdir. Terminala 21 STS yükləyicisi və 65 RTG kranı daxildir. “CSP Valencia “yerli yüklərin əsas giriş nöqtəsi və "Madrid üçün əsas qapı" sayılır.
“Seanews.az”


