ADDA tələbələri “GİNius – Tələbə Kuboku 2026” intellektual yarışında iştirak ediblər
Bakıda Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “GİNius – Tələbə Kuboku 2026” intellektual yarışı keçirilib.
Azərbaycan Dövlət Dəniz Akademiyasını (ADDA) yarışda ali məktəbin fəal tələbələrindən formalaşdırılmış “Albatros” komandası təmsil edib.
Tələbələr müxtəlif istiqamətlər üzrə təqdim olunan sualları cavablandıraraq bilik, məntiq və analitik təfəkkürlərini, operativ qərarvermə və komanda şəklində fəaliyyət bacarıqlarını nümayiş etdiriblər.
ADDA tələbələrinin bu kimi intellektual layihələrdə iştirakı onların peşə hazırlığı ilə yanaşı, dünyagörüşünün, yaradıcı və analitik düşünmə qabiliyyətlərinin inkişafına xidmət edir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

