Rumıniyanın ərazi sularında tankerdə yanğın baş verib, 8 nəfər itkin düşüb
Rumıniyanın Qara dənizdəki ərazi sularında, Sulina şəhərindən təxminən 13 dəniz mili cənub-şərqdə San-Marino bayrağı altında üzən “Wide Trader” tankerində yanğın baş verib. Hadisə nəticəsində göyərtədə olan 12 nəfərdən 8-i itkin düşüb, 4 nəfər isə xilas olub.
“Seanews.az” bu barədə Rumıniya mediasına istinadla xəbər verir.
Rumıniya Dəniz Administrasiyasının məlumatına görə, yanğın oktyabrın 15-də səhər saat 07:00 radələrində qeydə alınıb. Hadisə yerinə xilasedici gəmi və helikopter cəlb olunub. Yanğının səbəbi hələlik açıqlanmayıb.
Rumıniya hakimiyyəti bundan əvvəl sahilləri yaxınlığında “Yara J” tankerində baş verən yanğınla bağlı mümkün dron hücumunu araşdırmağa başlayıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır



