Çində gəmilər arasında ilk yaşıl ammonyak yanacaq doldurma əməliyyatı həyata keçirilib
Çinin Çjouşan limanında gəmilər arasında ilk yaşıl ammonyak yanacaq doldurma əməliyyatı həyata keçirilib. Dünya üzrə maye ammonyakla yanacaq doldurmaq üçün nəzərdə tutulan ilk gəmi olan “Shenghang Yongle” quru yük gəmisinə 1000 ton yaşıl ammonyak ötürüb.
“Seanews.az” xəbər verir ki, əməliyyat dəniz nəqliyyatında istixana qazı emissiyalarının azaldılması istiqamətində mühüm addım hesab olunur. İstifadə edilən yaşıl ammonyak Çinin şimal-şərqindəki Jilin əyalətində yerləşən hidrogen enerjisi sənaye parkında istehsal olunub.
Layihə yaşıl ammonyakın istehsalından saxlanmasına, daşınmasına və gəmilərə verilməsinə qədər bütün təchizat zəncirinin birləşdirilməsi baxımından da əhəmiyyətlidir.
Yaşıl ammonyak bərpa olunan enerji mənbələrindən istifadə etməklə istehsal oluna bilər və dəniz nəqliyyatının karbon emissiyalarını azaltmaq üçün perspektivli alternativ yanacaq hesab edilir.


