Tankerin anbarları yeni növ poladdan hazırlanacaq
Dünyanın ilk multiqaz tankeri “Lloyd's Register” (“LR”) tərəfindən prinsipcə təsdiqlənib. Gəminin layihəsi “HD Korea Shipbuilding & Offshore Engineering” (“HD KSOE”) və “Hyundai Mipo Dockyard” (“HMD”) şirkətləri tərəfindən hazırlanıb.
“Offshore Energy”-nin məlumatına görə, 22 min kubmetr tutumu olan tanker mayeləşdirilmiş karbon qazından (LCO2) əlavə, mayeləşdirilmiş neft qazı (LPG), ammonyak və vinilxlorid də daşıya biləcək.
Yük anbarlarının inşasında yeni polad növündən istifadə olunacaq. Yeni növ polad mexaniki yolla sınaqdan keçirilmiş və mühəndislərdən müsbət rəy almışdır.
“Lloyd's Register” qeyd edir ki, yeni qaz tankeri karbon tutma, daşıma və saxlama zəncirinin formalaşmasında əsas komponent və sıfır emissiya iqtisadiyyatına doğru yeni bir addım olacaq.
“Seanews.az”


