Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-22,
Seanews
Heyder Eliyev

Afrikanın şərq sahillərində dəniz quldurluğunun qarşısı alınsa da, qeyri-qanuni miqrasiya artır

BMT-ni diqqəti Qərbi Hind okeanında piratlıqla mübarizədən miqrantların qaçaqmalçılığı və qeyri-qanuni balıq ovu hallarına yönəltməyə çağırıblar.

Bu barədə “The East African” xəbər verir.

Qərbi Hind okeanı Somali, Keniya, Tanzaniya, Mozambik və Cənubi Afrikanın materik ölkələrinin, eləcə də Madaqaskar, Seyşel adaları, Komor adaları, Mavrikiy və Fransa ərazilərini əhatə edir.

Bölgədə son pirat hadisəsindən 1497 gün keçib və təhlükəsizlik ekspertləri xəbərdarlıq edir ki, dəniz quldurluğunun qarşısı alınıb, lakin o, həmişəlik aradan qalxmayıb, çünki piratlığa əsas səbəb yoxsulluqdur.

Yoxsulluq regionda miqrasiyanı artırır və Beynəlxalq Miqrasiya Təşkilatının (IOM) Keniya missiyasının rəhbəri Şaron Dimançe qeyd edib ki, iqtisadi çətinliklər, siyasi qeyri-sabitlik və iqlim dəyişikliyinin təsirləri miqrantların bölgəyə yönəldir.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır