Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-22,
Seanews
Heyder Eliyev

Dünyada 700-dən çox avtomobil daşıyan gəmi var

2023-cü ilin birinci rübünün nəticələrinə görə, Çin 1 milyondan çox avtomobil ixrac edib və Yaponiyanı keçərək, dünyanın ən böyük avtomobil ixracatçısına çevrilib. Avtomobil ixracının sürətli artımı isə avtomobil daşıyıcılarının çatışmazlığına səbəb olub.

“Seanews.az” xəbər verir ki,  dünyada 700-dən çox avtomobil daşıyan gəmi var. Onların 10%-dən az hissəsi Çin gəmi sahiblərinə məxsusdur. Çin avtomobillərinə tələbatın artması səbəbindən ölkə avtomobil daşıyan gəmilərin çatışmazlığı ilə üzləşib. Bu çatışmazlığı aradan qaldırmaq üçün bir çox nəqliyyat şirkətləri və avtomobil zavodları mühüm addımlar atırlar.

Hazırda Çin iri avtomobil daşıyıcılarının istehsalında aparıcı yerlərdən birini tutur. 2022-ci ildə Çin istehsalı olan donanmanın tonajı yeni gəmilərin qlobal tonajının 88,4%-ni təşkil edib. 2023-cü ilin yanvar ayına olan məlumata görə, dedveyti 510 min ton və tutumu 152 min avtomobil olan 17 gəmi üçün sifariş qəbul edilib. Yeni sifarişlərin hamısı Çin gəmiqayırma şirkətlərinə verilib.  

Bundan əvvəl Çin Xalq Respublikasının Ticarət Nazirliyi avtomobil ixracı ilə bağlı daha effektiv siyasət hazırlayacağını və nəqliyyatın təhlükəsizliyi, maliyyə xidmətləri və xaricdə avtomobillərin satışdan sonrakı xidmətləri üzərində işləyəcəyini bildirmişdi. Nəqliyyat təhlükəsizliyinin gücləndirilməsinə, avtomobil və gəmiçilik şirkətləri arasında orta və uzunmüddətli strateji əməkdaşlığın təşviqinə, habelə gəmiçilik şirkətlərinin RO-RO terminallarının tikintisini sürətləndirməyə və avtomobillərin ixrac imkanlarını genişləndirməyə həvəsləndirilməsinə diqqət yetiriləcək.

Çinin bu il dünyanın ən böyük avtomobil ixracatçısı olacağı gözlənilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır