Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-22,
Seanews
Heyder Eliyev

Dünyanın ən böyük LNG təchizat gəmisi Çin limanında - Video

İyunun 11-də Çinin “Offshore Oil 301” gəmisi 14 saatlıq LNG yükləmə əməliyyatı üçün ölkənin şərqində Çjetszyan əyalətindəki Ninbo-Çjouşan limanında Yaşıl Enerji Limanı terminalına yan alıb.

“seanews.ru” “CCTV Video News Agency”-ya istinadən xəbər verir ki, iyunun 12-də Ninbo-Çjouşan limanında 11 min kubmetr LNG götürərək beynəlxalq səfərlərdə olan gəmilər üçün ilk LNG yanacaq doldurma əməliyyatını həyata keçirəcək.

Uzunluğu 184,7 metr və eni 28,1 metr olan “Offshore Oil 301” gəmisinin maksimal tutumu 30 000 kubmetr LNG-dir. O, 2022-ci ilin noyabrında istifadəyə verilib və Çinin dəniz ticarət donanmasının gəmilərini mayeləşdirilmiş təbii qazla təchiz etmək üçün nəzərdə tutulub.

Dünyanın ən böyük LNG təchizatçısı olan “Offshore Oil 301” dənizdə iri tonajlı gəmilərə saatda 1650 kubmetr yanacaq doldura bilir.

“Seanews.az” 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır