Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-22,
Seanews
Heyder Eliyev

ABŞ-nin atom sualtı qayığı Cənubi Koreyanın hərbi dəniz bazasına gəlib

ABŞ Hərbi Dəniz Qüvvələrinin atom sualtı qayığı Vaşinqton bəyannaməsinin şərtlərinə uyğun olaraq 2017-ci ilin oktyabrından bəri ilk dəfə Cənubi Koreyaya gəlib.

Ordu.az xəbər verir ki, bu barədə Koreya Respublikasının Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Ohayo” sinifli “USS Michigan” sualtı qayığı Busan hərbi dəniz bazasına gəlib. Bildirilir ki, sualtı gəmi “Tomaqavk” qanadlı raketlərlə təchiz olunub. Aprel ayında Vaşinqtonda keçirilən sammit zamanı ABŞ Şimali Koreyanı cilovlamaq üçün nüvə sualtı qayıqları göndərəcəyini vəd etmişdi.

Koreya Respublikası və ABŞ arasında əməkdaşlığı gücləndirmək və Şimali Koreyadan artan təhlükəyə cavab tədbirləri hazırlamaq üçün birgə təlimlərin keçirilməsi də planlaşdırılır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır