Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-22,
Seanews
Heyder Eliyev

Avtomobil daşıyıcıları üçün sifarişlər rekord həddə çatıb

2020-ci ildən bəri yeni PCTC (avtomobil və yük daşıyıcısı) avtomobilləri üçün dəyər baxımından ümumi sifarişlərin həcmi 14 milyard dollar təşkil edib ki, bu da 2008-ci ildən bəri ən yüksək göstəricidir.

“Seanews.az”-ın məlumatına görə, pandemiya dövründə avtomobillərin dəniz daşımalarına tələbatın azalması fonunda avtomobil daşıyıcılarının bir qismi doğrandı və 2020-ci ildə yalnız dörd avtomobil daşıyıcısı istifadəyə verildi. Lakin indi bu cür gəmilərə tələbat artıb, buna Çindən avtomobil ixracının artması təkan verib: 2023-cü ilin birinci rübündə bu ölkədən 1 milyondan çox avtomobil ixrac edilib ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 53% çoxdur. Çin hazırda Yaponiya və Avropadan sonra üçüncü ən böyük avtomobil ixracatçısıdır.

Yükgötürmə qabiliyyətinin olmaması yükdaşımaların qiymətinin rekord həddə çatması ilə nəticələnib. Buna görə də gəmi sahibləri və avtomobil istehsalçıları yeni gəmilərin tikintisini sifariş verirlər.

2022-ci ildə ümumi tutumu 560 000 CEU olan 90 avtomobil daşıyıcısı sifariş edilib. 2021-ci ildə 38 belə gəmi istismara qəbul edilib və bu il 33 PCTC avtomobil daşıyıcısı mövcud donanmaya qoşulub.

Dubayda yerləşən “Sallaum Lines” bu həftə daha iki gəmi üçün seçim imkanı ilə dörd 7400 CEU PCTC daşıyıcısı sifariş edib. Çinin “China Merchants Jinling Shipyard” gəmiqayırma zavodunda avtomobil daşıyıcıları tikiləcək. Hər bir gəminin dəyəri 90 milyon dollar qiymətləndirilir. Onların çatdırılması 2026-cı ilin mart ayına planlaşdırılır.

Əvvəlcə “Sallaum” təkrar bazardan olan avtomobil daşıyıcıları ilə işləyirdi və ötən ilin noyabrında ilk dəfə olaraq yeni gəmilərin tikintisini sifariş verdi - Çinin “Fujian Mawei Shipbuilding” gəmiqayırma zavodunda 7,5 min CEU tutumlu iki avtomobil daşıyıcısı tikilir. Onların 2025-ci ildə istifadəyə verilməsi nəzərdə tutulur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır