“Hamburg Süd”-ü quran ailənin sonuncu üzvü şirkəti tərk edir
152 il əvvəl Almaniyanın məşhur gəmiçilik şirkətini quran Oetker ailəsinin sonuncu üzvü Filip Oetker “Hamburq Süd”-dən ayrılır. O bu barədə sosial şəbəkədə hesabında yazıb.
"Seanews.az" xəbər verir ki, Filip Oetker indiyədək “Hamburg Süd”-də kommersiya direktoru vəzifəsində çalışıb.
16 il şirkətdə işləyən F. Oetker deyib ki, "Mən şanslıyam – “Hamburg Süd”-dən ayrılmağı belə çətinləşdirən bir şeyim var".
Məlumata görə, F. Oetker Almaniyanın qida, içki, qonaqpərvərlik və logistika sahəsində ən böyük ailə konqlomeratlarından biri olan “Oetker Group”-un məsləhət şurasında qalır.
“Hamburg Süd” 1871-ci ildə yaradılıb. 1955-ci ildən 2017-ci ilə qədər “Oetker Grup”-na məxsus olub. 2017-ci ildə “Maersk” gəmiçilik şirkəti “Hamburg Süd” şirkətini Otker ailəsindən alıb və tədricən özünün vahid brendinə birləşdirib.


