Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-22,
Seanews
Heyder Eliyev

Rusiya nüvə enerjisi ilə işləyən 2 yeni sualtı qayıq alacaq

Rusiya Hərbi Dəniz Qüvvələrinin (HDQ) təhvil alacağı nüvə enerjisi ilə işləyən 2 sualtı qayığın bu ilin sonuna kimi fəaliyyətə başlayacağı gözlənilir.

Ordu.az xəbər verir ki, Rusiya HDQ 2023-cü ilin sonuna qədər nüvə enerjisi ilə işləyən 2 yeni sualtı qayıq alacaq.

Rusiyanın dövlət xəbər agentliyi TASS-a danışan Birləşmiş Gəmiqayırma Korporasiyasının prezidenti Aleksey Rəhmanov nüvə enerjisi ilə işləyən strateji sualtı raket kreyseri “Emperor Alexander III”ün və nüvə enerjisi ilə işləyən çoxməqsədli “Krasnoyarsk” sualtı qayığının bu ilin sonuna kimi fəaliyyətə başlayacağını açıqlayıb.

ABŞ-da yerləşən Nüvə Təhdidi Təşəbbüsünə (NTI) görə, Rusiya dünyanın ən böyük sualtı donanmalarından birinə malikdir.

Rusiyanın ümumilikdə 58 sualtı qayığı var. Bunlardan 11-i ballistik raket sualtı qayığı, 17-si nüvə enerjisi ilə işləyən hücum sualtı qayığı, 9-u nüvə enerjisi ilə işləyən qanadlı raket sualtı qayığı və 21-i dizel-elektrik hücum sualtı qayığıdır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır