Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-22,
Seanews
Heyder Eliyev

Belarus çay gəmiləri tikəcək

Belarus öz mallarını Rusiya ərazisindən daşımaq üçün çay gəmiləri tikməyi planlaşdırır.

Bunu “RİA Novosti”-yə müsahibəsində Belarusun Rusiyadakı səfiri Dmitri Krutoy deyib.

“Rusiyanın Nijni Novqoroddan Samara, Həştərxan və s. çay limanlarını bərpa etmək planlarını nəzərə alaraq, mənə elə gəlir ki, belarusların öz çay donanmasını formalaşdırmaq və Rusiya Federasiyası da daxil olmaqla xidmət göstərmək üçün çox yaxşı, bəlkə də tarixi imkanları var. İndi biz yəqin ki, Nijni Novqorodla çay daşımaları üçün 2-3 “pilot” gəmi tikəcəyik”, -deyə səfir bildirib.

Xatırladaq ki, Rusiyada 2035-ci ilə qədər çay donanması üçün 500-dən çox gəminin tikintisinə ehtiyac var. Bu fikri ötən ay Rusiya prezidenti Vladimir Putinin çaylarda naviqasiyanın inkişafı ilə bağlı keçirdiyi müşavirədə nəqliyyat naziri Vitali Savelyev səsləndirib.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır