Yanan “Beks Force” gəmisi təmir üçün Çinə gedib
Primorye sahillərində yanğın baş verən “Beks Force” gəmisi təmir üçün Çinin Dalyan limanına gedib.
Bunu TASS-a Rusiya Dənizçiləri Həmkarlar İttifaqının Uzaq Şərq Regional Təşkilatının sədri Nikolay Suxanov bildirib.
"Təmirinə qərar verilən “Beks Force” gəmisi Dalyana gəlir. Gəmi Dalyana öz sürəti ilə çatıb və orada təmir olunacaq. Dörd dənizçi isə sağ-salamat Manilaya çatıb", - Suxanov bildirib.
Xatırladaq ki, iyunun 16-da “Beks Force” quru yük gəmisi Çindən Vostoçnı limanına gedərkən maşın şöbəsində yanğın baş vermişdi.
Yaralanan iki dənizçi təxliyə edilmişdi. Qalan heyət üzvləri təxliyə olunmaqdan imtina etmişdilər. Yanğın həmin gün axşam saatlarında söndürülmüşdü.
“Beks Force” quru yük gəmisi 2005-ci il istehsalıdır. Uzunluğu 288,97 metr, eni 45 metr olan gəminin sahibi Türkiyə şirkətidir.
“Seanews.az”


