Çin inkişaf etməkdə olan ölkələri gəmiçilikdə karbon qazı vergisinə qarşı çıxmağa çağırır
Çin inkişaf etməkdə olan ölkələri böyük maliyyə xərcləri ilə nəticələnəcək gəmiçilikdə karbon vergisinin tətbiqinə və onları azaltmaqla bağlı qeyri-real iddialarına qarşı çıxmağa çağırıb.
“Seanews.az” “korabel.ru”-ya istinadən xəbər verir ki, iyul ayında Beynəlxalq Dəniz Təşkilatının (IMO) iclasından əvvəl Pekin inkişaf etməkdə olan ölkələrə diplomatik nota göndərərək xəbərdarlıq etdi ki, "emissiyaların azaldılması ilə bağlı həddən artıq iddialı hədəf" beynəlxalq gəmiçiliyin davamlı inkişafına ciddi mane olacaq, dünya iqtisadiyyatının bərpasını ləngidəcək.
"İnkişaf etmiş ölkələr İMO-nu qeyri-real planlara və iddialara vadar edir. Onlar sabit rüsumun tərəfdarıdırlar ki, bu da dəniz nəqliyyatının qiymətinin əhəmiyyətli dərəcədə artmasına səbəb olacaq", - sənəddə deyilir.
Xatırladaq ki, Beynəlxalq Dəniz Təşkilatı dekarbonizasiya strategiyalarını nəzərdən keçirmək və atmosferə buraxılan hər ton karbon üçün 100 dollara qədər karbon qazı vergisinin tətbiqi imkanlarını müzakirə etmək üçün Londonda iki həftəlik iclasa toplaşıb.


