“LGIM” Çin şirkətlərindəki paylarını satdığını açıqlayıb
Britaniyanın “Legal & General Investment Management” (“LGIM”) sığorta və investisiya şirkəti “COSCO Shipping Holdings” və “Air China” şirkətlərindəki paylarını satdığını açıqlayıb.
“LGIM” qərarını adları çəkilən Çin şirkətlərinin dekarbonizasiyaya lazımi diqqət yetirməməsi ilə izah edir. Onlar karbonsuzlaşdırma üzrə kifayət qədər liderlik nümayiş etdirmirlər”, - “LGIM”-in bəyanatında deyilir.
Şirkət qeyd edir ki, “COSCO Shipping Holdings”-in strategiyasının iqlim proqramı olsa da, digər şirkətlərlə müqayisədə yetərli deyil. "Gəmiçilik sektorunun dekarbonizasiyasının bir hissəsi olan aşağı karbonlu yanacaqlara dair öhdəlikləri və ya investisiyaları da yoxdur",- deyə “LGIM” izah edir.
Bəyanatda bildirilir ki, pandemiya fonunda təchizat zəncirlərinin və təhlükəsizlik tədbirlərinin şaxələndirilməsi təşəbbüsləri Çində iqlim proqramını dəyişdi və iqlim məsələləri arxa plana keçdi.
“Seanews.az”


