“MSC” ümumi tutumu 1,2 milyon TEU olan 306 konteyner gəmisi alıb
“MSC” daha bir 24 116 TEU-luq konteyner gəmisini istismara qəbul edib.
“Offshore Energy”-nin məlumatına görə, “MSC Mariella” adı verilən gəmi Çinin “Yangzijiang Shipbuilding Group”-un törəmə şirkəti olan “Yangzi Xinfu Shipyard” tərəfindən inşa edilib.
Konteyner gəmisinin uzunluğu 399,9 metr, eni 61,5 metr və hündürlüyü 33,2 metrdir.
Xatırladaq ki, may ayında “MSC” həmçinin Çinin “Hudong-Zhonghua Shipbuilding Group” tərsanəsində inşa edilmiş daha bir 24 min tonluq “MSC Gemma”-nı qəbul edib. Bu, həmin zavodda şirkət üçün tikilən üçüncü 24 min tonluq, “MSC”-nin cari ilin əvvəlindən istismara qəbul etdiyi beşinci gəmidir.
“Hudong-Zhonghua Shipbuilding” artıq “MSC Tessa”, “MSC Celestino Maresca”, “MSC Raya”, “MSC Irina” və “MSC Loreto” konteyner gəmilərini “MSC” şirkətinə təhvil verib.
“Offshore Energy”-nin məlumatına görə, 2020-ci ilin avqust ayından “MSC” ümumi tutumu 1,2 milyon TEU olan 306 konteyner gəmisi alıb. Hazırda xəttin sifariş portfelinə ümumi tutumu 1,66 milyon TEU olan 130-a yaxın gəmi daxildir. Köhnə konteyner gəmiləri doğranmağa verilməsə, “MSC”-nin potensialının gələcək illərdə 6,75 milyon TEU-ya çatacağı proqnozlaşdırılır,
“Seanews.az”


